Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya ərəb-İran dialoqu üçün vasitəçi ola bilər

Rusiya ərəb-İran dialoqu üçün vasitəçi ola bilər


Rusiya Yaxın Şərqdə sülhün əldə olunmasına dəstək verməyə hazırdır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Alimov bildirib. O qeyd edib ki, Moskva bu məqsədlə Ərəb-İran dialoqu üçün platforma da təqdim etməkdən məmnun olardı.

Alimov bildirib ki, Moskva həm ABŞ, həm də İran, eləcə də iranlılar və ərəblər arasında fikir ayrılıqlarının sülh yolu ilə həllinə kömək etməyə maraqlıdır və buna hazırdır.

Qeyd edək ki, ABŞ-ın İrana zərbələrinə cavab olaraq ikincinin bir sıra ərəb ölkələrindəki Amerika hərbi bazalarını hədəf alması Tehranla həmin ölkələr arasında ciddi problem yaradıb.

Anar
Xəbəri paylaş