
Böyük siyasətdə həmişə uğur qazanandan sonra müxtəlif tərəflərdən təsir göstərməyə çalışan qüvvələr olur. Xarici təsirlərin əsirinə çevrilən daxili satqınların vasitəsilə indiki zamanda daha çox bu cür təsirlər baş verir. İçimizdə olan "xəyanət göyərçinlərini" təlimatlandırıb üstümüzə salırlar. İndiki şəraitdə siyasi reallıqda, ölkənin təhlükəsizliyinin dayağı milli maraqların qorunması, hüququn aliliyi və cəmiyyətin həmrəyliyidir. Milli maraqlarımızın qorunması ilə bağlı heç bir şübhəmiz yoxdur. Həmrəyliyimizi, dövlət-vətəndaş birliyini möhkəmləndirmiş, qanunun aliliyini ildən-ilə təkmilləşdirərək inkişaf etdirmişik. Tarix göstərir ki, güclü dövlətlər və güclü liderlər qarşıya çıxan çağırışlara emosiyalarla deyil, strateji düşüncə, qanun və milli birlik əsasında cavab verirlər.
Bu millət Ali Baş Komandanın göstərdiyi yüksək etimadla xainlərə öz cavabını verdi və biz dövlət olaraq indiyədək bizə qarşı yönəlmiş nadan xəyanətləri təmkinimiz, ağlımız və dərin təfəkkürümüzlə dərk edib, qılıncdan iti, kəsərli arqumentlərlə qarşısını almışıq. Cənab Prezidentin xarici səfərləri yalnız dövlətin milli maraqlarının qorunması və beynəlxalq mövqeyinin möhkəmləndirilməsi məqsədini daşıyır. Hakimiyyətə gəldiyi gündən "ərazi bütövlüyümüzün bərpası qaçılmazdır" ifadəsini xalqına açıq bildirən və uzun illər öz müdrik düşüncəsi, strategiyası, qətiyyəti və prinsipiallığı ilə xalq-dövlət birliyi ilə Azərbaycanı Zəfər ölkəsinə çevirib. Bundan sonra yaranan yeni reallıqlar fonunda, Zəfər ölkəsinə münasibətdə bizimlə səbəbsiz və əsassız düşmənçilik edən, müstəqil siyasətimizi həzm edə bilməyən naşı siyasi liderlərin rəhbərlik etdiyi dövlətləri nəzərə almasaq, bütün dünyanın ağıllı kəsiminin bizə qarşı münasibəti 180 dərəcə müsbətə dəyişib.
Hər xarici səfərdə ölkəmizin Prezidenti Azərbaycanın milli maraqlarını irəli aparan təşəbbüslərlə qayıdıb. Bu baxımdan, bəzi xəyanətkar satqınlar, xəyanətkarlığı və satqınlığı simvolizasiya edənlərin dediyi kimi, əliboş qayıdış yox, dövlətin milli maraqlarına xidmət edən dövlətin milli maraqlarına xidmət edən, diplomatik nəticələr və siyasi nailliyətlərlə, qucaq dolusu xarici qələbələrlə qayıdıb. Biz heç vaxt görməmişik ki, xarici səfərlər təkcə protokol xarakteri daşısın. Cənab Prezident bütün xarici səfərlərini milli maraqların təmin olunmasına xidmət edən mühüm siyasi və diplomatik alətə çevirib.
Ona görə də Prezidentin xarici siyasəti həmişə Azərbaycanın strateji mövqeyini gücləndirib, milli maraqlarını təmin edib. Lakin xəyanət simvollarının dediyi kimi "biz istəsək istəməsək də Artsax olacaq", "Ordumuzun potensialı yoxdur, torpaq alaq-qaytaraq", "Bir kəndi alsaq, qulağımı kəsərəm", " haqlı olaraq, haqsız duruma düşdük" , "Bütün səfərlərdən əliboş qayıdır", deyən xəyanətkarlar millət satqınları bəzi başıboş ölkələrin siyasi təsiri altına düşərək bu millətə düşmənçilik etdilər.
Amma bu millət satqınları bilsinlər ki, "Artsax" cəhənnəmə vasil oldu, sizin müdafiə etdiyiniz ideyalarınız kimi. Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki, Azərbaycan ərazi bütövlüyünü təmin edib, torpaqlarımız işğaldan azad olunub. Böyük qürurla, Vətənə böyük sevgi ilə o torpağı işğal altında saxlamaq istəyənlərin qeyrət damarını əbədi olaraq kəsməklə siz, satqınlar və Vətən xainləri, bu dəyəri heç vaxt bilməzsiniz. Çünki siz o damarı kəsilmişlər tərəfdə duranlardan olmusunuz.
Hər şey Azərbaycan üçün! Hər şey Vətən üçün!
Ramil Hüseynov, Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri












































