
"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına gerçəkləşdirdiyi rəsmi səfər iki ölkə arasında ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirən mühüm siyasi hadisələrdən biri oldu. Berlində Almaniyanın Federal Kansleri Fridrix Merts və Prezident Frank-Valter Ştaynmayer ilə keçirilən yüksək səviyyəli görüşlər, həmçinin verilən bəyanatlar regional və qlobal əməkdaşlıq baxımından strateji xarakter daşıyır".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Nərmin Səmədova deyib. O bildirib ki, dövlət başçısının Berlin səfəri Azərbaycanın Avropa siyasətində, xüsusən də Aİ-nin aparıcı dövləti olan Almaniya ilə münasibətlərində yeni bir dönüş nöqtəsi oldu:
"Tərəflər arasında imzalanan Strateji Gündəlik bəyannaməsi və iqtisadi razılaşmalar yaxın illərdə həm energetika, həm də digər qeyri-neft sektorlarında irimiqyaslı birgə layihələrin icrasına zəmin yaradır".
Anar












































