
Rusiya dəmir yolu xəttinin Əfqanıstan və Pakistandan keçərək Hind okeanına qədər uzadılması üzərində fəal işləyir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Marat Xusnullin deyib.
O bildirib ki, xüsusilə, Xəzər dənizinin sözdə şərq marşrutu, eləcə də Özbəkistan və Əfqanıstandan keçərək Hind okeanına çıxışı olan avtomobil marşrutları da hazırlanır.
"Orta Asiyadan olan həmkarlarım Özbəkistan və Əfqanıstandan keçərək Hind okeanına avtomobil nəqliyyatı marşrutu üzərində işləyirlər. Türkmənistandan olan həmkarlarım da yolun Əfqanıstan və Pakistandan keçərək Hind okeanına qədər uzadılması imkanlarının hazırlanmasında kifayət qədər fəaldırlar", - deyə Xusnullin bildirib.
Süleyman












































