Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı və Daşkənd iqtisadi əməkdaşlığı daha da şaxələndirmək niyyətindədir

Bakı və Daşkənd iqtisadi əməkdaşlığı daha da şaxələndirmək niyyətindədir



“Azərbaycanın xarici siyasət konsepsiyasında Mərkəzi Asiya respublikaları ilə əməkdaşlıq xüsusi yer tutur. Regionun hər bir ölkəsi ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda yüksək səviyyədə əməkdaşlıq quran Azərbaycana Mərkəzi Asiyanın özündən də böyük maraq var. Mərkəzi Asiya respublikalarının dövlət başçılarının Məşvərət Görüşündə Azərbaycanın da təmsil olunması məhz ölkəmizə olan maraqdan irəli gəlir. Qeyd etdiyimiz kimi Azərbaycan regionun hər bir ölkəsi ilə yüksək səviyyədə qarşılıqlı faydalı əməkdaşlıq qurub. Bu əməkdaşlıqda Özbəkistan da xüsusi paya və yerə malikdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu günlərdə Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə də qeyd etdiyimiz məqamlar əksini tapırdı”.

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, Cənab Prezidentin müsahibəsi Bakı ilə Daşkənd arasında mövcud olan dostluq-qardaşlıq münasibətlərinin hazırkı vəziyyətinin təhlili və iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi:

”Cənab Prezidentin müsahibəsi kifayət qədər siyasi mesajlarla zəngin idi. Müsahibədə əsas vurğu onun üzərində idi ki, Bakı ilə Daşkənd arasındakı münasibətlər yalnız ənənəvi dostluq-qardaşlıq əlaqələri ilə məhdudlaşmır:

”Bakı-Daşkənd münasibətləri eyni zamanda özündə siyasi müttəfiqlik, iqtisadi inteqrasiya, nəqliyyat bağlantıları ehtiva edir. Müsahibədə xüsusi yer tutan iqtisadi əməkdaşlığa gəldikdə, Prezidentin açıqladığı rəqəm xüsusilə diqqətəlayiqdir. Dövlət başçısı qeyd edib ki, 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. Bu rəqəm iki ölkə arasında iqtisadi əlaqələrin sadəcə siyasi bəyanatlar səviyyəsində qalmadığını göstərir”.

İlham Məmmədov qeyd edib ki, Bakı və Daşkənd gələcəkdə iqtisadi əməkdaşlığı daha da şaxələndirmək niyyətindədir və Cənab Prezidentin müsahibəsində bu məqam xüsusi olaraq vurğulandı:

”Dövlət başçısı bildirdi ki, Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın aparıcı iqtisadi mərkəzlərindən biridir. İki ölkənin potensiallarının birləşdirilməsi daha geniş regional iqtisadi zəncirlərin yaranmasına imkan verə bilər”.


Süleyman
Xəbəri paylaş