
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə hücumlar başlayıb.
Newscenter.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
CENTCOM-un sosial media hesabında bununla bağlı bildirilib:
"İranın Hörmüz boğazında ticarət gəmilərinə və ABŞ personalına "hücum cəhdi" səbəbindən İnqilab Keşikçiləri Korpusunun hədəflərinə hücumlar edilib".
ABŞ-ın hücum təhdidindən sonra İran mediası Hörmüz boğazındakı Qeşm adası ətrafında beşdən çox partlayış eşitdiyini bildirib.
Anar












































