
Ermənistan Avropa İttifaqına qoşulmaq məsələsinə nə qədər tez qərar versə, bir o qədər yaxşıdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib. Kreml rəhbəri qeyd edib ki, Moskva İrəvanla münasibətləri bundan sonra necə quracağını və necə inkişaf etdirəcəyini anlamalıdır.
Putin əmin o9lduğunu bildirib ki, İrəvan doğru yolu seçəcək.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Bişkekdə bir araya gəlib.
Anar













































