
Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində Rusiya və İran prezidentlərinin görüşü keçirilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, görüşdə ikitərəfli əlaqələr, onların inkişaf perspektivləri, eləcə də İran ətrafındakı vəziyyət müzakirə edilib.
İran Prezidenti Məsud Pezeşkyan Rusiya lideri Vladimir Putinə ABŞ ilə münaqişə zamanı İslam Respublikasına verdiyi dəstəyə görə təşəkkür edib.
O, Putinlə görüşündə bunları deyib:
"Rusiyanın müharibə zamanı, bütün münaqişələr və ABŞ sanksiyaları zamanı tutduğu mövqeyə görə sizə təşəkkür edirik. Siz bizi BMT-də və digər beynəlxalq təşkilatlarda dəstəkləmisiniz".
Süleyman












































