
Avqust ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (bundan sonra “BŞTİ”) 18 971 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 10 312 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 4 657 müraciət daxil olub.
Newscenter.az xəbər verir ki, BŞTİ-yə 3 555 sənəd (vətəndaşlar tərəfindən 1 790 ərizə, Elm və Təhsil Nazirliyindən 651, digər qurumlardan 280, tabelikdə olan təhsil müəssisələrindən 349 məktub və 485 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 447 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, şagird yerdəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.
Ruhiyyə Mehdiyeva











































