Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan universitetlərində beynəlxalq tələbə coğrafiyası genişlənir

Azərbaycan universitetlərində beynəlxalq tələbə coğrafiyası genişlənir


Azərbaycan ali təhsil müəssisələrində təhsil almağa maraq göstərən əcnəbi tələbələrin coğrafiyası genişlənir.

Dünyanın müxtəlif ölkələrindən olan tələbələr yeni tədris ilində təhsillərini Azərbaycan universitetlərində davam etdirmək üçün ölkəmizə gəlirlər. Onların sırasında fərqli regionları və mədəniyyətləri təmsil edən gənclər yer alır.

Newscenter.az Elm və Təhsil Nazirliyinə istinadən bildirir ki, son illərdə Azərbaycan ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayında artım müşahidə olunur. Bununla yanaşı, ölkəmizdə təhsil almağa maraq göstərən ölkələrin coğrafiyası da genişlənir.

Azərbaycan universitetlərinin beynəlxalq əməkdaşlığının inkişafı, müxtəlif ixtisas və proqramlar üzrə təhsil imkanlarının genişlənməsi, eləcə də xarici tələbələr üçün yaradılan imkanlar Azərbaycanın ali təhsil istiqaməti kimi tanınmasına töhfə verir.

“Study in Azerbaijan” çərçivəsində də Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq auditoriyaya təqdim olunması və ölkəmizin xarici tələbələr üçün təhsil istiqaməti kimi tanıdılması istiqamətində fəaliyyət davam etdirilir.

Süleyman
Xəbəri paylaş