Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Balakəndə qarğıdalı sahəsində 169 ədəd çətənə kolu və 21 kq-dan çox narkotik aşkarlanıb

Balakəndə qarğıdalı sahəsində 169 ədəd çətənə kolu və 21 kq-dan çox narkotik aşkarlanıb


Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 29 yaşlı Elmar Gəncəliyev saxlanılıb.

Ondan rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 169 ədəd çətənə kolu və 21 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, E.Gəncəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Anar
Xəbəri paylaş