
ABŞ prezidenti D. Tramp V. Zelenskini yenidən Rusiyaya güzəştə getməyi təklif edir. D. Trampın Rusiya -Ukrayna arasında atəşkəs üçün təklif etdiyi plan Kremldə yazılıb.
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, plana əbhə xəttində tam atəşkəsin təmin olunması, Ukrayna ordusunun Donbasdan geri çəkilməsi, atəşkəs rejimi tətbiq edildikdən sonra seçkilər və referendumun keçirilməsi, Ukraynanın ərazilərinin hərbi yolla qaytarılmasından imtina, NATO-dan imtina edilməsi, Ukrayna ordusuna məhdudiyyətin qoyulması daxildir. Yenidən formalaşması nəzərdə tutulan yeni hakimiyyət Rusiya ilə sülh müqaviləsi imzalaya bilər:
"D. Tramp və V. Putin arasında baş tutan telefon danışığı məhz yeni planın olmasını göstərir. D. Tramp Ukraynaya təzyiq edə və Rusiyaya güzəştə məcbur etməsi istisna deyil. Ümumiyyətlə, Uitkof və Kuşnerin hər iki paytaxta səfəri əsasən Kremlin maraqlarına uyğun həyata keçirilib.
D. Tramp Avropanı Rusiyanın hücumları ilə təhdid edərək Ukrayna ilə bağlı güzəştə məcbur edə bilər. Qeyd edim ki, bir neçə gün bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin rəisinin Moskvaya səfəri məhz Ukrayna ilə yeni danışıqlar prosesinə əsaslanıb. Ukrayna prezidenti V. Zelenskinin Donbasdan ordunun geri çəkməsi isə, real görünmür. Çünki, buna Böyük Britaniya, Almaniya və Fransa razı deyil".
Süleyman











































