
Ermənistan məhkəməsi müxalifətdəki Ana Ermənistan partiyasının lideri Andranik Tevanyanın məhkəməyəqədərki həbs müddətini üç ay uzadıb.
Newscenter.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə onun vəkili Aram Orbelyan bildirib.
Vəkil qeyd edib ki, onlar işin açıq şəkildə dinlənilməsi üçün vəsatət qaldırıblar, lakin bu vəsatət də rədd edilib.
Qeyd edək ki. mayın 20-də Ermənistanın Baş naziri Nikol Paşinyan Vanadzorda keçirilən seçki kampaniyası zamanı keçmiş parlament üzvü Tevanyanın xəyanət etdiyini və Milli Təhlükəsizlik Xidmətinin bu məlumatı Ermənistan İstintaq Komitəsinə göndərəcəyini açıqladı. Tevanyan 2023-cü ilə qədər Ermənistan fraksiyasından millət vəkili vəzifəsində çalışıb. Mayın 21-də Ermənistan İstintaq Komitəsi Tevanyana qarşı xəyanət və casusluq ittihamları ilə cinayət işinin başlandığını elan etdi. Mayın 22-də Mərkəzi Seçki Komissiyası Tevanyanın cinayət təqibini təsdiqlədi. O, həmin gün saxlanılıb və mayın 23-də məhkəmə qərarı ilə iki ay müddətinə həbs edilib. İyulun 22-də onun həbsi daha iki ay uzadılıb.
Anar











































