Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lavrov: Uitkoff və Kuşnerlə Ukrayna ilə bağlı müzakirələr Trampın mövqeyinə əsaslanır

Lavrov: Uitkoff və Kuşnerlə Ukrayna ilə bağlı müzakirələr Trampın mövqeyinə əsaslanır


Moskvada amerikalı nümayəndələr Stiv Uitkoff və Cared Kuşnerlə aparılan müzakirələrin mahiyyəti ABŞ prezidenti Donald Trampın mövqeyinə əsaslanır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, bu mövqeyə Ukraynanı NATO-ya cəlb etməmək və mövcud reallıqları tanımaq daxildir.

"Əminliklə deyə bilərəm ki, müzakirə olunanların mahiyyəti Prezident Trampın Ankoric sammitindən qayıtdıqdan dərhal sonra Ukrayna məsələləri ilə bağlı ortaya qoyduğu mövqeyə əsaslanır. Xüsusilə, o, Ukraynanı Şimali Atlantika Alyansına cəlb etməyə çalışmağı unutmağı zəruri bildi. Məsələ bağlanıb və onu qızışdırmağa ehtiyac yoxdur. ABŞ-ın mövqeyinin ikinci elementi isə reallıqların tanınmasıdır", - deyə nazir bildirib.

Anar
Xəbəri paylaş