Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisdə Koreya Milli Assambleyasının nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisdə Koreya Milli Assambleyasının nümayəndə heyəti ilə görüş keçirilib


Sentyabrın 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının Xarici işlər və birləşmə komitəsinin sədri Song Seog-junun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Newscenter.az xəbər verir ki, Səməd Seyidov görüşün Azərbaycan-Koreya parlamentlərarası əlaqələrinin inkişafı baxımından faydalı olacağına ümidvar olduğunu deyib. O, Koreyanın Azərbaycan üçün əlaqələrin inkişafı baxımından ən mühüm tərəfdaşlardan biri olduğunu vurğulayıb. Komitə sədri Koreyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək verdiyini diqqətə çatdırıb.

Koreya Milli Assambleyasının Xarici işlər və birləşmə komitəsinin sədri Song Seog-jun bu vəzifəyə seçildikdən sonra ilk səfərini Azərbaycana etdiyini diqqətə çatdırıb. Bu səfərin ikitərəfli münasibətlərə töhfə verəcəyini söyləyən qonaq əlaqələrin praktiki nəticələrlə zənginləşəcəyinə ümid etdiyini bildirib.

Görüşdə hər iki ölkənin əməkdaşlığın inkişafı baxımından geniş potensiala malik olduğu diqqətə çatdırılıb.

Süleyman
Xəbəri paylaş