
Norveç Rusiya ilə dəniz təhlükəsizliyi məsələlərini müzakirə etməyi və iki ölkənin hərbçiləri və sərhədçiləri arasında görüşlər keçirməyi planlaşdırır .
Newscenter.az-ın xəbərinə görə, bu barədə "İzvestiya"ya Norveç Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib. Rusiya səfirliyi iki ölkə arasında işçi rabitə kanallarının saxlanıldığını təsdiqləyib. Lakin Oslonun Moskvaya qarşı qarşıdurma mövqeyinə görə Arktika təhlükəsizliyi və sabitliyi ilə bağlı ciddi əməkdaşlıqdan söhbət gedə bilməz. Ekspertlər həmçinin hesab edirlər ki, cari əlaqələr ilk növbədə texniki məsələlərin həlli üçün lazımdır.
Norveç Kral Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının mətbuat katibi Rune Haarstad bildirib ki, Norveç ilin sonuna qədər açıq dənizlərdə insidentlərin qarşısının alınması ilə bağlı Rusiya ilə məsləhətləşmələr aparmaq niyyətindədir.
Onun sözlərinə görə, payız aylarında Rusiya Sərhəd Xidməti və Sahil Mühafizəsi ilə müzakirələr, eləcə də Arktika bölgəsində təhlükəsizliyin təmin edilməsi üçün əhəmiyyətli bir kanal olaraq Şimal Donanması ilə həftəlik müntəzəm danışıqlar planlaşdırılır.
Anar












































