
Qara Dəniz Taxıl Təşəbbüsünə qayıdış tamamilə qəbuledilməz və qeyri-realdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"İndi onlar bunu yenidən canlandırmağa çalışırlar. Bu, tamamilə qəbuledilməz və tamamilə qeyri-realdır", - deyə nazir bildirib.
Rusiya xarici işlər naziri qeyd edib ki, ukraynalılar bundan daim sui-istifadə ediblər, vaxtaşırı mülki gəmilərdə silah daşıyıblar:
"Bu təşəbbüsün bizə vəd etdiyi şey, qlobal bazarlara maneəsiz çıxış Avropa tərəfindən bloklandı, ona görə də bu təşəbbüsdən imtina etdik".
Anar











































