Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda Latın qrafikası nə vaxt tətbiq olunacaq?

Qazaxıstanda Latın qrafikası nə vaxt tətbiq olunacaq?


Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi Latın qrafikasının tətbiqi məsələsinə aydınlıq gətirib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, ölkənin dil siyasəti komitəsinin sədr müavini Elmira Asanın sözlərinə görə, hazırda Latın qrafikası əsasında qazax əlifbası və orfoqrafiya qaydalarının təkmilləşdirilməsi üzərində iş aparılır. Bu işdə dil institutları və universitetlərin mütəxəssisləri iştirak edir.

"Latın əlifbası və orfoqrafiya qaydaları qəbul edildikdən sonra qazax əlifbasının Latın qrafikasına keçidi üçün mərhələli plan hazırlanacaq. Bunun üçün konkret vaxt yoxdur. Tənzimləyici aktlar qəbul edildikdən sonra tədricən irəliləyəcəyik", - deyə bildirib.

Onun sözlərinə görə, qazax əlifbası və Latın qrafikasına əsaslanan orfoqrafiya normaları qanunla təsdiqlənənə qədər müxtəlif versiyalarda Latın qrafikasından istifadə etmək ağlabatan deyil.

Anar
Xəbəri paylaş