
25 oktyabrda keçiriləcək seçkilərdə prezidentliyə namizəd kimi irəli sürülən
Bolqarıstan prezidenti İliana Yotova Ukraynadakı münaqişəyə son qoymaq üçün sülh koalisiyası yaratmaq təşəbbüsü ilə çıxış edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Yotova Ukraynadakı münaqişənin mənşəyindən yaxşı xəbərdar olduğunu deyib:
"Əminliklə deyə bilərəm ki, bu münaqişənin hərbi həlli yoxdur. Bu mövqe prezident administrasiyası tərəfindən 24 fevral 2022-ci ildə, Avropada ilk dəfə ifadə edilib. Lakin sonradan daha böyük ambisiyaları olan böyük dövlətlər daha çox silah və milyardlarla maliyyələşdirmənin münaqişəyə son qoya biləcəyinə qərar verdilər. Lakin bu, yalnız daha çox itkiyə səbəb oldu və pravoslav xalqlarını bir-birinə qarşı qoydu".
Prezident vurğulayıb ki, bu münaqişə birbaşa Bolqarıstana təsir göstərir və müharibə Qara dənizə yayılaraq qlobal problemlər yaradır. O, əlavə edib ki, Bolqarıstan "könüllülər koalisiyasında" iştirak etməyəcək:
"Bolqarıstan Ukraynada hərbi iştirak hazırlayan "könüllülər koalisiyasında" iştirak edə bilməz. Ölkəmizin bu münaqişəyə cəlb olunmasına icazə verməyəcəyik. Bolqarıstan başqa bir koalisiya - sülh uğrunda koalisiya başlatmalıdır. Sülh danışıqları bərpa olunmalıdır, amma mənim fikrimcə, onlar ikitərəfli ola bilməz. Avropa sadəcə müşahidəçi ola bilməz. Qitənin təhlükəsizliyini təmin etmək üçün Avropanın öz təklifləri olmalıdır. Bolqarıstan başqalarının arxasında gizlənməmək üçün Avropa təkliflərinin hazırlanmasında iştirak etməlidir. Bütün tərəflərlə dialoq aparmalı və Rusiya da daxil olmaqla bütün diplomatik kanallarla əlaqə saxlamalıdır".
Anar











































