
İran ABŞ qüvvələri tərəfindən istifadə edilən İordaniyadakı Müvəffəq Salti və Şahzadə Həsən hava bazalarına raket zərbələri endirib.
Newscenter.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Mənbə bildirir ki, Tehram ABŞ-ın Fars körfəzində İran tankerlərinə hücumlarına cavab olaraq bu addımı atıb.
CNN-nin məlumatına görə, iki aviabazaya ən azı 20 raket atılıb.
Daha əvvəl İranın dövlət televiziyası ABŞ-ın Fars körfəzində üç İran mülki gəmisinə hücum etdiyini bildirmişdi. ABŞ-ın İran gəmilərinə hücumlarından sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyn və Küveyt limanlarında tanker heyətlərini cavab hücumları təhdidləri səbəbindən gəmilərini tərk etməyə çağırdı.
Anar











































