
Kamçatkada ard-arda iki zəlzələ olub.
Newscenter.az TASS-a istinadən bildirir ki, seysmoloqlar yarımadanın şərq sahillərində Sakit okeanda yarım saat ərzində baş verən 3,7 və 4,2 bal gücündə iki zəlzələ qeydə alıblar. Rusiya Elmlər Akademiyasının (REA) Vahid Geofizika Xidmətinin regional bölməsindən bildirilib ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 133 km cənubda olub. Episentr dəniz dibinin 58 km dərinliyində yerləşib. Otuz iki dəqiqə ərzində eyni ərazidə 2 zəlzələ baş verib.
Zəlzələlər bölgənin yaşayış məntəqələrində hiss olunmayıb. Sunami təhlükəsi elan edilməyib.
Anar











































