
Kişmiş ixracına görə, Özbəkistan dünyada 7-ci yerdədir.
Newscenter-az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Özbəkistan üçün Yaponiya bazarı xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq keyfiyyət standartlarına uyğunluq milli məhsullarımızın ixracının daha da genişlənməsi üçün zəmin yaradır.
2026-cı ilin yanvar-iyun aylarında Özbəkistan 57 ölkəyə təxminən 50 min ton kişmiş ixrac edib. Məhz bu növ məhsul üzrə ölkə dünyada 7-ci yerdədir. İxracın əsas hissəsi Yaponiyaya gedir.
Hazırda Özbəkistan Yaponiyaya kişmiş, paxlalı bitkilər, qovun və meyvə-tərəvəz ixrac edir,. Özbəkistan Qida Təhlükəsizliyi Komitəsinin mütəxəssisi Nərgizə Murodjonova deyib ki, ilin birinci yarısında xüsusi olaraq kişmiş məhsulları üçün 73 min ABŞ dolları ixrac edilib. Keçən il kişmişin orta qiyməti 4,9 dollar idisə, bu il 5,4 dollara yüksəlib. Qida Təhlükəsizliyi Komitəsi tərəfindən təşkil edilən sərgi və yarmarkalar Özbəkistanda milli məhsullarımızı dünyaya tanıtmaqda mühüm rol oynayır.
Süleyman











































