Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Vyetnam prezidenti ilə görüşəcək

Putin Vyetnam prezidenti ilə görüşəcək


Rusiya lideri Vladimir Putin Kremldə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi və Rusiyada dövlət səfərində olan prezident To Lam ilə danışıqlar aparacaq.

Proqrama Rusiya-Vyetnam hərtərəfli strateji tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunacaq. Müzakirələr ticarət, iqtisadi, elmi və təhsil əlaqələrini, humanitar mübadilələri, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı əhatə edəcək. Tərəflər həmçinin beynəlxalq və regional gündəlikdəki cari məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Danışıqların yekununda ikitərəfli sənədlər paketinin qəbul edilməsi planlaşdırılır.

To Lamın Rusiyaya son rəsmi səfəri 2025-ci ilin may ayında olub. Ötən ilki danışıqlardan sonra liderlər Rusiya-Vyetnam Hərtərəfli Strateji Tərəfdaşlıq Münasibətlərinin Yeni Mərhələdə Əsas İstiqamətləri haqqında Birgə Bəyannamə qəbul ediblər.
Xəbəri paylaş