Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır


Rusiya real vəziyyəti, müharibənin nəticələrini siyasi və hüquqi şəkildə rəsmiləşdirməyə çalışır, Ukrayna isə Rusiyanın bu tələbləri qarşısında Qərbin hərbi dəstəyinin davamını və güclü təhlükəsizlik təminatı istəyir.

Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyətini şərh edərkən deyib. O bildirib ki, Vaşinqton isə ortaq məxrəcə gəlmələrini və mümkün qədər tez atəşkəs və siyasi razılaşma istəyir:

"Bu baxımdan hesab edirəm Kiyevə ABŞ tərəfindən yenidən təzyiq ediləcək ki, Rusiyanın tələblərinə uyğun olaraq qərarlar versin. Prezident Zelenski buna razılıq verməsə də, məcbur edilə bilər, ehtimalı da yox deyil. Ukraynanın ən böyük problemi ABŞ-ın hərbi-siyasi dəstəyini itirməkdir. Amma, hər şeyə rəğmən Avropa İttifaqı ölkələri Ukraynanı meydanda tək buraxmayacaqlar və ABŞ-ın dəstəyi azalarkən Avropa Ukraynanın əsas maliyyə və hərbi dayağına çevrilib. Aİ 2026-27 illər üçün Ukraynaya 90 milyardlıq kredit paketini artıq təsdiqləyib. Bu mühüm amildir və ABŞ-dan fərqli olaraq Avropa İttifaqı Ukraynanın Rusiyanın istənilən şərtlərinə sülh naminə razılığa getməsinə qarşıdır. Bu baxımdan da Ukraynanın danışıqlara daha güclü mövqedən getməsinə çalışan Avropa İttifaqı hesab edirəm ki, Kiyevin təslim olmasını qəbul etməyəcək və bu səbəbdən də müharibə davam edəcək".

Süleyman
Xəbəri paylaş