
Türk Hava Yolları (THY) yanvar-avqust dövründə sərnişin sayını ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artıraraq 64 milyona çatdırıb.
Newscenter-az şirkətə istinadən bildirir ki, beynəlxalq sərnişinlərin sayı da hedabat dövründə 6,1 faiz artaraq 41,8 milyon təşkil edib. Bu dövrdə daxili sərnişinlərin sayı isə 4,3 faiz artaraq 22,2 milyona çatıb.
Keçən ilin eyni dövründə 82,7 faiz olan sərnişin yükü əmsalı 84,7 faizə, beynəlxalq yükü əmsalı isə 84,5 faizə, daxili yükü əmsalı isə 86,5 faizə yüksəlib.
Xidmət göstərilən istiqamətlərin sayı əvvəlki ildəki 353-dən yanvar-avqust dövründə 358-ə yüksəlib. Təyyarələrin sayı da 13 faiz artaraq 501-dən 566-ya çatıb.
Şirkət tərəfindən avqust ayında daşınan sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 10 milyona çatıb.
Süleyman













































