
Sentyabrın 11-də Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək.
Newscenter.az xəbər verir ki, forumda karbohidrogen və neft-kimya, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, bərpa olunan enerji, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması və Forumun protokolunun imzalanması nəzərdə tutulur.
Forumun sonunda mətbuat üçün brifinqin təşkil edilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində, 4-cü Forum isə 2025-ci il 4 sentyabr tarixində İzmir şəhərində keçirilib.
Süleyman










































