
Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu qaçaqmalçılıqda ittiham olunur.
Newscenter.az bildirir ki, APA-nın əldə etdiyi xəbərə görə, sabiq Baş konsul Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.
Cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq), 12.1. 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla xarici ölkə ərazisində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.
Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Sultan Qasımov Azərbaycan Prezidentinin sabiq mətbuat katibi Azər Qasımovun qardaşıdır.













































