Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

China Energy ilə yaşıl enerji layihələri və şəbəkə tədqiqatı müzakirə edilib

China Energy ilə yaşıl enerji layihələri və şəbəkə tədqiqatı müzakirə edilib



Energetika naziri Pərviz Şahbazovla “China Energy International Group”un icraçı prezidenti Lin Xiaodanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) arasında əməkdaşlıq çərçivəsində ölkəmizdə elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqatının gedişatı müzakirə edilib. Tədqiqatın modelləşdirmə mərhələsi, elektrik sisteminin təhlilinin tamamlanması və yekun hesabatın hazırlanması ilə bağlı görülən işlər nəzərdən keçirilib. Qeyd olunub ki, tədqiqatın nəticələri şəbəkənin əlavə bərpa olunan enerji güclərini qəbul etmək imkanlarının müəyyənləşdirilməsi və növbəti bərpa olunan enerji layihələrinin mərhələli inkişafının planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşdə, həmçinin “China Energy”nin Azərbaycanda ilk investisiya layihəsi kimi nəzərdə tutulan 160 MVt gücündə günəş elektrik stansiyasının, habelə Xəzər dənizində külək enerjisi layihəsinin icrasından irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Süleyman
Xəbəri paylaş