Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Köçəryanın fraksiyası Rusiya səfiri ilə Rusiya-Ermənistan münasibətlərini müzakirə etdi

Köçəryanın fraksiyası Rusiya səfiri ilə Rusiya-Ermənistan münasibətlərini müzakirə etdi


Keçmiş prezident Robert Köçəryanın parlament müxalifət fraksiyası olan "Ermənistan"ın (Hayastan) rəhbəri Anna Qriqoryan və katib Artur Xaçatryan qanunverici orqanda Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüb.

Newscenter.az TASS-a istinadən xəbər verir ki, görüşdə tərəflər ikitərəfli parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Həmçinin, Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyətindən narahat olduqlarını ifadə ediblər.

"Ətraflı müzakirə zamanı fraksiya üzvləri iki ölkənin parlamentləri arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğuladılar və Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və onların pisləşmə tendensiyaları ilə bağlı narahatlıqlarını bildirdilər" , deyə- siyasi partiyanın bəyanatında deyilir.

Fraksiya əlavə edib ki, söhbət zamanı müxalifət liderlərinin həbsi məsələsi də qaldırılıb.

Anar
Xəbəri paylaş