
Litva Seymi (Parlament) 2027-ci ilin əvvəlində ölkə ərazisində nüvə silahının yerləşdirilməsini qadağan edən müddəanı ləğv etmək üçün Konstitusiyaya düzəliş qəbul etməyi planlaşdırır.
Newscenter.az xəbər verir ki, bu barədə LRT televiziya kanalı Parlamentin sədri Yuozas Olekas-a istinadən məlumat verib.
Seym sədri deyib ki, Konstitusiyanın bu konkret maddəsini qəbul etmək üçün parlamentin payız sessiyasını bir qədər - 13 yanvar 2027-ci ilə qədər uzatmaq lazımdır. Olekasın sözlərinə görə, bu konstitusiya məhdudiyyəti Litvanı NATO kontekstində qara qoyun kimi göstərir.
İyul ayında Litva Seymi Prezident Gitanas Nausėdanın təşəbbüsü ilə nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanı ləğv edən qanun layihəsini nəzərdən keçirməyə razılıq verib. Sənəddə Litva ərazisində nüvə silahları da daxil olmaqla kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən Konstitusiyanın 137-ci maddəsinin çıxarılacağı qeyd olunur.
Anar













































