
Bab əl-Məndəb boğazının qorunması ən vacib dəniz yollarından birinin təhlükəsizliyini təmin etmək üçün daha effektiv beynəlxalq tərəfdaşlıq tələb edir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad əl-Əlimi deyib. O bildirib ki, Hörmüz böhranının Bab əl-Məndəbdə təkrarlanmasına icazə verə bilmərik:
"Yəmən İranın maraqları naminə geosiyasi şantaj platformasına çevrilməyəcək".
Əl-Əlimi iddia edib ki, Tehran Ənsar Allah hərəkatının husi üsyançılarının hərbi eskalasiyasından münaqişənin yükünü regiondakı qonşu ölkələrin üzərinə atmaq üçün istifadə edir.
"Bu, enerji və ərzaq təchizatını təhdid edir", - deyə o bildirib.
Anar











































