Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baxımsız vəziyyətdə olan Heydər Məscidi: Kimdir günahkar, Binəqədi İcra Hakimiyyəti, yoxsa?

Baxımsız vəziyyətdə olan Heydər Məscidi: Kimdir günahkar, Binəqədi İcra Hakimiyyəti, yoxsa?


2012–2014-cü illərdə Prezident İlham Əliyevin tapşırığı ilə tikilən Heydər Məscidi bu gün demək olar ki, baxımsız vəziyyətdədir. Təəssüflər olsun ki, bu gün bu müqəddəs məkan Qafqazın ən böyük məscidi, tarixi-mədəni abidə, ibadət məkanından daha çox hüzr mərasimləri üçün ehsan süfrəsinin açıldığı yer kimi tanınır. Təbii ki, bunun da başlıca günahı aidiyyati qurumlarda, paytaxt və yerli icra hakimiyyətindədir.

Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən 2012-ci ilin sentyabr ayında məscidin tikintisinə başlanılıb. Ümummili liderin adını daşıyan məscid 26 dekabr 2014-cü ildə istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan məscid ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Məscid-kompleks olaraq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindədir. Məsələyə ümumi yanaşdıqda, Heydər Məscidinin baxımsız vəziyyətə olmasında təkcə yuxarıda qeyd etdiyimiz müvafiq qurumlar deyil, həm də Bakı Şəhər İcra Hakimiyyəti məsuliyyət daşıyır desək yanılmarıq.

Bəs, Heydər Məscidində baxımsız vəziyyət nədən ibarətdir?

Axşam saatlarında ərazidə olarkən apardığımız müşahidə öncəliklə onu xatırlatdı ki, Heydər Məscidi və ətrafı ibadət məkanından daha çox istirahət parkı funksiyası daşıyır. Həmçinin, nə qədər acı da olsa Heydər Məscidinin ərazisinə daxil olan ətraf meydança gənclərin skuter hoqqabazlığının meydançasına çevrilib. Bütün bunların əraziyə nəzarət edən mühafizə xidməti əməkdaşlarının gözü qarşısında baş verməsi isə bir başqa dərddir. İctimai qaydaları pozaraq gənclər tərəfindən çılğıncasına idarə edilən skuterlər ətrafdan keçən insanlar, həmçinin axşam ssatlarında məscidə ibadət üçün gələn az sayda insanlar üçün də ciddi təhlükə yaradır. Bəlkə də bu səbəbdəndir ki, son vaxtlar Heydər Məscidinə ibadət üçün gələn insanların sayında azalma olduğu bildirilir.

Heydər məscidinin baxımsız vəziyyətdə olduğunu əraziyə addım qoyan andan hiss etmək mümkündür. Zamanında iş icraçılarının məsuliyyətsizliyi və prosesi tez-tələsik yola verməsinin nəticəsidir ki, məscid ərazisində yerə döşənmiş daşların hamısı qoparaq yararsız vəziyyətə düşüb. Hava yağışlı olan zaman isə bu problem özünü daha ciddi şəkildə göstərir. Qırılmış, qopmuş daşların arasına dolan yağış suları ərazidə çökmə riskini artırır.

Nəzərə alsaq ki, paytaxtımıza təşrif buyuran xarici turistlər də bir çox hallarda Qafqazın ən böyük məscidi olaraq Heydər məscidini ziyarət etməyə gəlir, o zaman haqlı bir sual ortaya çıxır? Heydər Əliyevin ruhuna, adına olamn hörmətsizlik, belə bir vəziyyətin yaranması ilə ümumən Azərbaycan haqqında mənfi rəyin, fikrin formalaşmasında günahkar kimdir? Müvadiq qurunlar, Bakı Şəhər İcra Hakimiyyəti, yoxsa Binəqədi İcra Hakimiyyəti. Məscidin Bunəqədi ərazisində yerləşdiyini nəzərə alsaq. sonuncunun da bu məsələdə az günahkar olmadığını deyə bilərik. Görəsən həm Binəqədi, həm Bakı Şəhər İcra Hakimiyyətinin rəsmiləri hansısa ölkədən qonaq gələndə onları yanlarına salıb Heydər Məscidinə aparanda qarşılaşdıqları mənzərə ilə heç utanmır, xəcalət çəkmirlər? Budurmu Sizin tarixi-mədəni abidələrə, ən əsası Heydər Əliyevə olan sevginiz?

Süleyman
Xəbəri paylaş