
Korrupsiya və rüşvətxorluqda təqsirkar bilinərək 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevlə bağlı yeni məlumat yayılıb. Daha doğrusu sabiq icra hakimiyyəti başçısının dövlət tərəfindən müsadirə edilmiş mülkləri və şəxsi avtomobillərinin dövlət tərəfindən keçirilən hərracda elə Hacıyevin öz ailə üzvlərinin aldığı məlum olub.
Newscenter.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli məlumat verib. O bildirib ki, keçirilən hərraclarda Vilyam Hacıyevin şəxsi avtomobillərini onun oğlu alıb. Oğul Hacıyev hərraca çıxarılan “Range Rover” və “BMW 740İ” markalı avtomobillər üçün cəmi 53500 manat ödəyib.
Qeyd edək ki, Vilyam Hacıyev korrupsiya ittihamları ilə həbs olunanda, qanuna görə əmlakı da müsadirə olunmuşdu. Sonradan məhkəmə qərarı ilə dövlətə dəymiş ziyanı ödəmək üçün Vilyam Hacıyevin əmlakının bir hissəsi, o cümlədən, bir neçə avtomobili hərraca çıxarılıb.
Anar











































