Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəfərdən sonra Qarabağ iqtisadiyyatı nə qədər böyüyüb?

Zəfərdən sonra Qarabağ iqtisadiyyatı nə qədər böyüyüb?


Sentyabr Azərbaycan tarixinə həmçinin suverenliyimizin tam bərpa olunduğu ay kimi daxil olub. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 20-də Dövlət Suverenliyi Günü qeyd edilir.
Antiterror əməliyyatı nəticəsində separatçıların kökünün kəsildiyi Qarabağda artıq iqtisadiyyatın inkişafı və re-inteqrasiyası prosesi başlayıb. 2025-ci ildə işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilən ümumi investisiya həcmi 5 milyard manatdan çox olub. Bunun isə 4,4 milyard manatı birbaşa dövlət büdcəsindən ayrılıb.
Zəfərdən sonra Qarabağ iqtisadiyyatı nə qədər böyüyüb?
Daha öncə məskunlaşmış ərazilər də daxil olmaqla Zəfərdən keçən 5 ildə Qarabağda illik məhsulun ümumi istehsalı 1 milyard 548 milyon manatdan 4 milyard 820 milyon manatadək artıb. Suverenliyimizin tam bərpasından sonra hər il əvvəlki ilə nisbətən Qarabağ iqtisadiyyatında artım qeydə alınıb.
Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb. Qarabağda həmin müddətdə sənaye istehsalı 2.8, kənd təsərüfatı isə 1.7 dəfə artıb. Tikintidə isə daha böyük artım qeydə alınıb: 3 dəfədən çox. Qarabağda iqtisadiyyatın bütün sahələrində ötən müddətdə artımlar faiz deyil, dəfə ilə ifadə olunur. Fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 2020-ci ilə nisbətən 2 dəfəyə yaxın artaraq 150-dən çox olub.
Pərakəndə ticarət dövriyyəsi son 5 ildə 960.3 milyon manatdan 1 milyard 553 milyon manatadək böyüyüb. Qarabağda fəaliyyət göstərən hotellərin sayı isə 2020-ci ilə nisbətən 2024-cü ildə 11-dən 18-dək yüksəlib. 2025-ci ildə də yeni hotellərin istifadəyə verilməsi həyata keçirilib. İstifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi isə 68127 kv.m.-dən 98795 kv.m.-dək artıb.
İşğal nəticəsində dağıdılan və əksər əraziləri tam xarabalığa çevrilən Qarabağda iqtisadiyyat artıq yeni inkişaf mərhələsinə qədəm qoyub.

Vüqar Bayramov, Milli Məclisin deputatı
Xəbəri paylaş