Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib

Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib


Bakıda İndoneziyanın Milli Kreativ İqtisadiyyat Gününə həsr olunmuş "İndoneziya Kulinariya Diplomatiyası Festivalı-2026" keçirilib.

Newscenter.az xəbər verir ki, tədbir İndoneziyanın Azərbaycandakı səfirliyi tərəfindən bu ölkənin Milli Kreativ İqtisadiyyat Hərəkatının nümayəndəliyi ("Gekrafs Azerbaijan") ilə birgə təşkil olunub.

Festival İndoneziyanın Bakıdakı səfirliyinin ərazisində keçirilib. Tədbirin məqsədi Azərbaycan ictimaiyyətini İndoneziyanın milli mətbəxi və mədəniyyəti ilə tanış etmək, eləcə də İndoneziya diasporunun kiçik sahibkarlığına dəstək olmaq olub.

Tədbir çərçivəsində ziyarətçilərə ənənəvi İndoneziya yeməkləri təqdim edilib, kulinariya üzrə ustad dərsləri keçirilib və milli mətbəxin tarixi barədə məlumat verilib. Proqrama həmçinin musiqi çıxışları və ənənəvi İndoneziya geyimlərinin nümayişi daxil idi.

İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi mədəni əlaqələrin möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlığın inkişafı üçün bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.

Festivalda diplomatik korpusun, İndoneziya diasporunun, yerli sahibkarların və medianın nümayəndələri də daxil olmaqla, 150-yə yaxın şəxs iştirak edib.
Xəbəri paylaş