Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“103” xidmətinə 247 mindən çox zəng daxil olub

“103” xidmətinə 247 mindən çox zəng daxil olub


Özbəkistanda anomal isti səbəbindən təcili tibbi yardım xidmətinə ümumilikdə 247 min 459 müraciət daxil olub.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki. bunlardan 172 min 676-sı təxirəsalınmaz göstəriş, 65 min 163-ü isə xroniki xəstəliklərlə bağlı müraciətlər olub.

Qeyd olunub ki, anomal isti hava şəraitində ehtiyat tədbirlərinin görülməsi ilə bağlı aidiyyəti məsul qurumlar tərəfindən kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə vətəndaşlara verilən tövsiyələr nəticəsində ötən həftə (24-29 iyun) ilə müqayisədə müraciətlərin sayı 1,2% azalıb.

Anar Əliyev
Xəbəri paylaş