Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın anti -Azərbaycan siyasəti davam edir

İranın anti -Azərbaycan siyasəti davam edir



İranın Ali dini rəhbəri Ə. Xamneinin müşaviri Ə. Vilayəti Pakistanın Daxili işlər naziri ilə görüşündə Azərbaycanı iddiham edir. Xüsusilə Azərbaycanın İsraillə əməkdaşlığını yenidən hədəfə gətirərək, islam birliyinə zərbə vurduğunu və Pakistanın bunu nəzərə almasını istəyib. Göründüyü kimi, İran prezidentinin Azərbaycana səfərinə baxmayaraq mühafizəkar dairə Azərbaycana açıq düşmənçilik siyasətini davam etdirir.
Qeyd edim ki, İran uzun illər Ermənistana açıq dəstək verməklə, müsəlman birliyinənəm böyük zərbə vurub.
Tehran rejimi Pakistan- Azərbaycan müttəfiq əlaqələrindən narahat olaraq hədəf götürüb. M. Pezeskianın Azərbaycana səfəri və keçirilən müsbət görüşlərinə baxmayaraq İranda mühafizəkar dairə öz ənənəvi anti-Azərbaycan siyasətindən geri çəkilmir. Tehran rejiminin bu siyasəti bundan sonra davam edəcək. Çünki, Güney Azərbaycan faktoru İranın Azərbaycan Respublikasına siyasəti hamar olmayacaq. Ə. Xamneinin müşaviri Ə. Vilayətinin bu açıqlaması Azərbaycanın xarici siyasətinə kobud müdaxilədir. Rəsmi Bakı İrandan bununla bağlı izahat tələb etməlidir.
Məhəmməd Əsədullazadə
Xəbəri paylaş