
Qazaxıstanın İT mütəxəssisləri haker hücumlarından qoruyan telefon hazırlayıblar.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, qurğu fırıldaqçıların şübhəli hərəkətlərini bloklayır və şəxsi məlumatların internetə sızmasının qarşısını alır. Bunun səbəbi bütün smartfonların ümumi şəbəkəyə qoşulmasıdır. Yəni cihazdan bütün məlumatlar bir mərkəzdə toplanır. O, həmçinin şəbəkədən gələn məlumatlara nəzarət etmək imkanına malikdir.
Hələlik bu telefonlar dövlət qurumları və iri şirkətlər üçün nəzərdə tutulub.
Mehman Mehdiyev