Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan və Rusiya qarşılıqlı ticarəti 30 milyard dollara çatdıracaq

Qazaxıstan və Rusiya qarşılıqlı ticarəti 30 milyard dollara çatdıracaq


2025-ci ilin yanvar-iyun aylarında Rusiya lə Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi 12 milyard dollar təşkil edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə məlumat Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Dmitri Çernışenko arasında keçirilən görüş zamanı verilib.

Tərəflər qeyd ediblər ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin arasında etimada əsaslanan dialoq və müntəzəm ünsiyyət sayəsində sabit iqtisadi, mədəni və humanitar əlaqələr qurulub. İkitərəfli əlaqələr strateji tərəfdaşlıq və müttəfiqlik istiqamətində inkişaf edir.

Mehman Mehdiyev
Xəbəri paylaş