Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsilə və elmə ayrılan xərclər 6 dəfə artıb

Təhsilə və elmə ayrılan xərclər 6 dəfə artıb


Son səkkiz ildə Özbəkistanda təhsilə və elmə ayrılan xərclər 6 dəfə artaraq 378 trilyon soma çatıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bunu prezident Şavkat Mirziyoyev deyib. O bildirib ki, yüzlərlə yeni uşaq bağçası, məktəb, texnikum və ali məktəb tikilib, təhsil və elm müəssisələrinin müasir tələblər səviyyəsində təchiz edilməsinə yönəlmiş proqramlar həyata keçirilib.

"Qısa müddət ərzində ölkəmizdə uşaq bağçalarının sayını 5200-dən 38 minə, əhatə dairəsini 27 faizdən 78 faizə çatdırmışıq. Təhsil işçilərinin maaşları məktəb müəllimləri ilə bərabər tutulub, bu müəssisələrdə rəhbər və müəllimlərin maaşları demək olar ki, iki dəfə artırılıb",-deyə Mirziyoyev vurğulayıb.

Süleyman
Xəbəri paylaş