Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada rouminq məhdudlaşdırılır

Rusiyada rouminq məhdudlaşdırılır


Rusiyada xarici SİM kartlar vasitəsilə rabitə xidmətlərindən istifadəyə məhdudiyyət tətbiq edilib.

Newscenter.az
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İnformasiyalaşdırma və Rabitə Nazirliyindən verilən məlumata görə, bu sərəncam mobil internet və SMS xidmətlərinə aiddir və qeyri-müəyyən müddətə qüvvədə olacaq.

Bəyanatda qeyd olunub ki, milli təhlükəsizliyin təmin edilməsi məqsədilə tətbiq edilən bu tədbir oktyabrın 6-dan qüvvəyə minib.

Qadağa Rusiyada istifadə edilən bəzi beynəlxalq rabitə kanallarına da təsir edə bilər.

Mehman Mehdiyev
Xəbəri paylaş