
"Misir Beynəlxalq Sülh Sammitinə Fələstin problemini həll etmək məqsədilə toplanan dövlətlərin tərkibi onu göstərir ki, məsələ regional problemdən çıxaraq beynəlxalq xarakter alıb. Sülh üçün təklif olunan Tramp həll yolu tərəflərin razılığa gəlməsi üçün mühüm imkanlar yaradır. Bu sammitə Azərbaycanın dəvət edilməsi isə digər dövlətlərdən çox xüsusi məqsəd daşıyır. Azərbaycanın ilk növbədə münaqişə tərəfləri ilə əlaqələri imkan verir ki, onların arasında vasitəçi kimi çıxış etsin".
Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. O deyib ki, bununla Azərbaycan yaradılacaq beynəlmiləl sülhyaratma qüvvələrinin tərkibində uğurla iştirak edə bilər:
"Hansı ki, Kosovo və Əfqanıstanda belə bir təcrübəsi var. Azərbaycan Prezidentinin nüfuzu bu məsələdə xüsusi rol oynaya bilər. Təl-Əvivlə mövcud olan əlaqələr Fələstin tərəfinin sülh yoluna birdəfəlik qayıtmasının Israil tərəfində qarantiya edilməsində qarantor kimi çıxış edə bilər ki, onda daha çox əminlik yaransın. Hesab edirəm ki, Azərbaycanın bu tədbirə qatılması onun qlobal oyunçuya çevrilməsinin bariz nümunəsidir. Azərbaycanın iştirak etdiyi bu kimi tədbirlərin nəticə verməsi ehtimalı böyükdür".
Süleyman