Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

HƏMAS-ın tərk-silah edilməsi o qədər də asan məsələ deyil

HƏMAS-ın tərk-silah edilməsi o qədər də asan məsələ deyil


"Misirdə keçirilən Beynəlxalq Sülh Sammiti fonunda əldə olunan Qəzza razılaşmasının birinci mərhələsinin başa çatmasından sonra bölgədə nisbi sabitlik yaransa da, bu vəziyyətin nə qədər davam edəcəyi hələ də sual altındadır. Çünki regionda vəziyyət olduqca gərgin və həssas mərhələdədir. Belə məqamda, Birləşmiş Ştatlar rəsmilərinin səsləndirdiyi fikirlər balansın kövrək olduğunun göstəricisidir".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə ABŞ-ın HƏMAS-ın atəşkəsi pozacağı barədə açıqlamasını şərh edərkən səsləndirib. O deyib ki, Donald Trampın təşəbbüsü ilə reallaşan atəşkəs ilk növbədə humanitar böhranı aradan qaldırmaq görüntüsü yaratsa da, daha dərin strategiyada İsrailə yönəlmiş aqressiyanı və təcridi neytrallaşdırmaq məqsədi daşıyırdı:

"Davam olaraq da bu tip bəyanatların verilməsi bir tərəfdən HƏMAS-a ünvanlanmış siyasi mesaj, digər tərəfdən isə hərbi əməliyyatların başlanma ehtimalı çərçivəsində Təl-Əvivin gələcək addımlarına legitimlik qazandırmaqdır. Artıq tərəflər arasında yenidən toqquşmaların başlaması ilə əlaqədar xəbərlər gəlməkdədir".

O deyib ki, HƏMAS-ın tərk-silah edilməsi prosesi o qədər də asan bir məsələ deyil:

"Bunun üçün əlverişli siyasi mühit və Türkiyə-Qətər kimi aktorların fəallığı xüsusi əhəmiyyət kəsb edir. Çünki, HƏMAS üzvləri idda edir ki, İsrailin blokadanı yumşaltmaq istiqamətindəki addımları real nəticə vermir. Nəzərə alsaq ki, İsrail hələ də anklavın böyük bir hissəsinə nəzarəti öz əlində saxlayır və oradan çıxmamaq üçün müəyyən gedişlər edir. Belə bir şəraitdə atəşkəsin qüvvədən düşmə ehtimalı yüksək olaraq qalır".

Süleyman
Xəbəri paylaş