Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistan Rusiyadan S-400 raketləri alacaq

Hindistan Rusiyadan S-400 raketləri alacaq


Hindistan Rusiyadan S-400 hava hücumundan müdafiə raket sistemi almağı planlaşdırır.

Newscenter.az TASS-a istinadən bildirir ki, ANI xəbər agentliyi bu barədə məlumat yayıb.

"Hindistan Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün xeyli sayda raket almaq niyyətindədir. Bu məsələ ilə bağlı Rusiya tərəfi ilə danışıqlar artıq aparılır", - məlumatda bildirilir.

Agentliyin məlumatına görə, müqavilənin ümumi dəyəri 100 milyard rupiyə (təxminən 1,1 milyard dollar) çata bilər.

Hindistan həmçinin Rusiyadan hava-hava raketləri almağı və birgə istehsal edilən BrahMos səsdən sürətli qanadlı raketlərinin yeni versiyalarını hazırlamağı düşünür. Bundan əvvəl media Hindistanın təkcə S-400 deyil, həm də Rusiyanın ən yeni S-500 hava hücumundan müdafiə sistemlərini almağı nəzərdən keçirdiyini yazmışdı.

2018-ci ildə Hindistan 5,43 milyard dollara beş S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına dair müqavilə imzalayıb. Rusiyadan alınan ilk “Triumf” raket sistemi Pakistanla sərhəddə yerləşən Pəncab əyalətində yerləşdirilib.

Anar Əliyev
Xəbəri paylaş