Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Anatoliy Rafailov seçiciləri ilə görüşüb

Deputat Anatoliy Rafailov seçiciləri ilə görüşüb


Milli Məclisin deputatı Rafailov Anatoliy növbəti dəfə Quba şəhərində qəbul üçün müraciət edən sakinlər ilə qəbul keçirib.

Newscenter.az millət vəkilinin Deputat Qərargahına istinadən bildirir ki, görüş zamanı qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib.

Vətəndaşların müraciətləri sosial, yolların təmiri, yeni qaz xətlərinin çəkilməsi və digər məsələlərlə bağlı olub. Bəzi müraciətlərlə bağlı məsəllər yerindəcə həll olunub. Digər müraciətlərin həll edilməsi məqsədilə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, müvafiq qurumlara sorğuların göndəriləcəyi bildirilib.

Süleyman
Xəbəri paylaş