
Yaroslav Müdrik Novqorod Dövlət Universitetinin (NovDU) mütəxəssisləri yuxusuzluğun tələbələrin sağlamlığına təsirini araşdırıblar.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ali təhsil ocağı məlumat yayıb. Universitetdən verilən məlumata görə, yuxusuzluğun ciddi xəstəliklərə, o cümlədən insult və hipertoniyaya səbəb ola biləcəyi aşkar edilib.
Bunlara yaddaşın və konsentrasiyanın pozulması, reaksiyaların yavaşlaması və mikroyuxu epizodları daxildir. Yuxu olmaması tələbələr arasında yüksək akademik iş yükü, sosial fəaliyyətlər və part-time işlərlə əlaqədar ümumi problemdir.
Zamanla psixi simptomlar somatik simptomlara çevrilə və bununla əlaqədar immunostimulyator sistemə zərərli təsir göstərə bilər. Metabolik pozğunluqlar, əzələ sərtliyi və ürək-damar xəstəlikləri, o cümlədən hipertoniya, aritmiya və insult kimi hallara da yol aça bilir.
Araşdırmalara görə, gecə altı saatdan az yatmaq xərçəngə, ilk növbədə döş və prostat xərçənginə səbəb olur.
Mehman Mehdiyev











































