Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı üçün regional sabitliyin möhkəmlənməsi sahəsində yeni imkanlar açılır

Bakı üçün regional sabitliyin möhkəmlənməsi sahəsində yeni imkanlar açılır


“Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşünə tamhüquqlu üzv olması bir çox parametrlər üzrə ölkəmiz üçün faydalıdır”.

Bunu Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, siyasi və təhlükəsizlik perspektivindən baxdıqda, tamhüquqlu üzvlük Bakı üçün regional sabitliyin möhkəmlənməsi sahəsində yeni imkanlar açır:

“Azərbaycan, regional təhlükəsizlik, transsərhəd risklərin idarə olunması və humanitar məsələlərdə daha fəal rol oynaya bilər. Bu, həm də ölkənin diplomatik nüfuzunu artıraraq Mərkəzi Asiya ilə çoxvektorlu münasibətlərinin dərinləşməsinə gətirib çıxarır”.

Politoloq qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzvlüyü ölkənin regional liderliyini möhkəmləndirir və ticarət, nəqliyyat, təhlükəsizlik və diplomatik sahələrdə geniş perspektivlər açır:

“Bakı üçün əsas çağırış, bu fürsəti strateji planlaşdırma və balanslı diplomatiya vasitəsilə maksimum dərəcədə istifadə etməkdir. Bu addım Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiyada daha aktiv, söz sahibi və inteqrasiyaedici rol oynamasına imkan yaradacaq”.

Süleyman
Xəbəri paylaş