
"Mən Kiyevdən gələn boşboğazlığa, o cümlədən Zelenskinin dedi-qodularına reaksiya vermirəm".
Newscenter.az TASS-a istinadən bildirir ki bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. Kulaşenko qeyd edib ki, o ancaq şantaj və hədə-qorxuya cavab verməyi öyrənib.
Zelenskinin Kiyevdə bu kimi açıqlamalar verdiyini eşidəndə özümə suallar verirəm. O, bunu niyə edir? Niyə? Belarusla döyüşmək istəyir? Əminəm ki, istəmir", - deyə Belarus lideri bildirib.
Belarus lideri qeyd edib ki, avropalı tərəfdaşlar Zelenskini Belarusa qarşı aqressiv ritorika və şantaj etməyə sövq edirlər.
Arzu











































