Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dr. Wilson Azturk Holding-in qonağı olub

Dr. Wilson  Azturk Holding-in qonağı olub


Bakı şəhərində yerləşən Azturk Holding-in Baş Ofisində beynəlxalq əməkdaşlıq və gələcək strateji layihələrin müzakirəsinə həsr olunmuş növbəti görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüş çərçivəsində tanınmış beynəlxalq ekspert Dr. Wilson Azturk Holding-in Prezidenti Güləli Bağırovun qonağı olub. Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı tərəflər qlobal iqtisadiyyat, innovasiya, süni intellekt, rəqəmsal transformasiya, yarımkeçirici (çip) texnologiyaları, beynəlxalq investisiyalar və gələcəyin şəhər konsepsiyaları ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Görüşdə xüsusi olaraq NeoOrdo Mega Layihəsinin perspektivləri, layihənin beynəlxalq investorlar üçün yaratdığı imkanlar, müasir texnologiyaların şəhər idarəçiliyinə inteqrasiyası və dayanıqlı inkişaf strategiyaları müzakirə olunub.

Azturk Holding-in Prezidenti Güləli Bağırov çıxışında bildirib ki, müasir dövrdə ölkələrin və şirkətlərin uğuru yalnız maliyyə resursları ilə deyil, həm də elm, innovasiya və texnologiyaya yatırılan investisiyalarla müəyyən olunur. O qeyd edib ki, Azturk Holding beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə və Azərbaycanı regional innovasiya mərkəzlərindən birinə çevirməyə xüsusi önəm verir.

Dr. Wilson isə öz növbəsində Azturk Holding tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirərək, xüsusilə NeoOrdo Mega Layihəsinin region üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, layihənin gələcəkdə beynəlxalq biznes, texnologiya və innovasiya platformasına çevrilə biləcəyini qeyd edib.

Görüşün sonunda tərəflər gələcək əməkdaşlıq imkanlarının araşdırılması, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və müxtəlif istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Azturk Holding son dövrlərdə beynəlxalq əlaqələrin genişləndirilməsi, yüksək texnologiyalar, süni intellekt, logistika, rəqəmsal iqtisadiyyat və NeoOrdo Mega Layihəsi istiqamətində fəaliyyətini daha da gücləndirməkdədir.

Süleyman
Xəbəri paylaş