Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropadakı isti hava dalğası relslərin əyilməsinə və asfaltın əriməsinə səbəb olub

Avropadakı isti hava dalğası relslərin əyilməsinə və asfaltın əriməsinə səbəb olub


Qərbi Avropada həddindən artıq istilər dəmir yolu relslərinin əyilməsinə və asfaltın əriməsinə səbəb olub. Bu da qatarların gecikməsinə və ləğvinə, nəqliyyat infrastrukturunun pozulmasına və çay naviqasiyasına məhdudiyyətlərə gətirib çıxarıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunları BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) rəsmi nümayəndəsi Jan Rodrigez deyib. Onun sözlərinə görə, Qərbi Avropanı bürüyən şiddətli istilər iqlim risklərini, eləcə də onların nəqliyyat infrastrukturuna təsirini və nəticələrini açıq şəkildə nümayiş etdirib:

"Bir çox ölkələrdə dəmir yolunun deformasiyası səbəbindən qatarların gecikməsi və ləğvi, sərhəd avadanlıqlarının nasazlığı, qatarların istismarında fasilələr, genişləndirilmiş relslərdə kinetik yükü azaltmaq üçün lazım olan sürətin azalması, kabellərin və siqnalizasiya avadanlıqlarının qırılması, asfaltın əriməsi və deformasiyası, şəhərlərdə tıxaclara səbəb olan svetoforların sıradan çıxması, çay naviqasiyasındakı tıxacların çaylarda nəqliyyatın hərəkətini ləngitməsi və bir çox başqa hallar müşahidə olunur".

Rodrigez bildirib ki, 2050-2080-ci illərdə Avropanın dəmir yolu şəbəkəsinin təxminən 90%-i getdikcə daha yüksək temperaturlara məruz qalacaq:

"Nəqliyyat infrastrukturu ildə əlavə 10-15 gün 25 dərəcədən yuxarı temperaturlara, bəzi bölgələr isə 200 günə qədər davam gətirməli olacaq".

Aygün
Xəbəri paylaş